Vüsal Qasımlı: “Asiya ölkələri “Zəngəzur dəhlizi”ni dəstəkləyir”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı Özbəkistanda “Mərkəzi və Cənubi Asiya regional əlaqələr üzrə çağırışlar və imkanlar” mövzusunda keçirilən konfransda iştirak edərək məruzə təqdim edib.
V.Qasımlı “Zəngəzur dəhlizi: geoiqtisadi inqilab” adlanan məzurəsində bildirib ki, “Zəngəzur dəhlizi” Şərq-Qərb marşrutu üzrə diversifikasiya imkanlarını artırır. Buna görə Cənub-Şərqi və Mərkəzi Asiya ölkələri, həmçinin Avropa İttifaqı “Zəngəzur dəhlizi”nin həyata keçirilməsində maraqlıdırlar. Eyni zamanda “Zəngəzur dəhlizi” Şimal-Cənub istiqamətində marşrutun şaxələndirilməsi üçün mühüm rol oynayır. Dəhliz qısa olmaqla yanaşı, vaxta və resurslara qənaət nöqteyi nəzərindən də əhəmiyyət kəsb edir.
Konfransda Özbəkistan Respublikasının Prezidenti, Əfqanıstan İslam Respublikasının Prezidenti, Pakistan İslam Respublikasının Baş naziri, Orta və Cənubi Asiya ölkələri ilə yanaşı digər ölkələrin Xarici İşlər nazirləri və ali nümayəndələri, nüfuzlu beynəlxalq və regional təşkilatların rəhbərləri, qlobal maliyyə qurumları və şirkətləri, o cümlədən aparıcı tədqiqat və analitik mərkəzləri iştirak edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib