Vüsal Qasımlı Asiya İnkişaf Bankının ölkə direktorunu qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni təyin olunan ölkə direktoru Kandis Makdeiqan arasında görüş keçirilib.
Görüşdə son zamanlarda həyata keçirilən iqtisadi islahatlar, “Doing Business” və digər beynəlxalq reyqtinlərdə Azərbaycanın qabaqcıl mövqeyi barədə məlumatlar təqdim edilib. Həmçinin sosial-iqtisadi inkişafa dair Azərbaycanın 2030-cu il üzrə qəbul edilmiş milli prioritetləri, İİTKM-in monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər və kommunikasiya tədbirləri barədə də ətraflı danışılıb.
Eyni zamanda, makro-iqtisadi tədqiqatlar üzrə hazırlanmış təhlil və proqnozlaşdırma modellərinin hazırlanmasında AİB tərəfindən təmin edilən texniki yardım və əməkdaşlıq yüksək qiymətləndirilib.
Görüşdə Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni təyin olunan ölkə direktoru Kandis Makdeiqan Azərbaycanda infrastruktrurun yenidən qurulması və maliyyə sektorunun inkişafı istiqamətində AİB tərəfindən icra olunan fəaliyyətlər barədə məlumat verib. İqtisadi artım və diversifikasiya sahəsində tədqiqatların aparılması, makro-iqtisadi təhlil və proqnozlaşdırma modeli üzrə praktiki təlimlər və strateji əhəmiyyət kəsb edən sahələr üzrə iqtisadi islahat sənədlərinin hazırlanması gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib.
Müzakirədə Asiya İnkişaf Bankının baş iqtisadçısı Nail Vəliyev və İİTKM-in İqtisadi Təhlil və Analitik İnformasiya Departamentinin rəhbəri Rəşad Hüseynov və Layihələr Departamentinin rəhbəri Vüsalə Cəfərova da iştirak edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib