V. Qasımlı Qazaxıstanda “Bir kəmər - bir yol” təşəbbüsü ilə bağlı müzakirələrə qatılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Qazaxıstanın Almatı şəhərində “Bir kəmər - bir yol” təşəbbüsünün Orta Asiya iqtisadiyyatına təsirinin qiymətləndirilməsi” adlı seminarda iştirak edib. Tədbirdə əsas müzakirə mövzusu “Bir kəmər- bir yol” təşəbbüsünün Orta Asiya iqtisadiyyatına təsirinin qiymətləndirilməsi, həmçinin BMT-nin davamlı layihələrinin həyata keçirilməsi olub. Həmçinin investisiya qoyuluşu, ticarətin genişləndirilməsi və bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı seminar zamanı “Böyük İpək Yolu”-nun rəqəmsallaşdırılması mövzusunda çıxış edib. O bildirib ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşaği dünyada 2-ci belə qovşaq olmaqla,“Böyük İpək Yolu”nun rəqəmsallaşmasına töhfə verə bilər. V.Qasımlı “Böyük İpək Yolu” üzrə elektron imzaların qarşılıqlı tanınması istiqamətində təşəbbüs irəli sürüb və bu təklif seminar iştirakçıları tərəfindən müsbət qarşılanıb. Eyni zamanda “Böyük İpək Yolu” üzrə elektron ticarətin, elektron kommersiyanın, elektron bankçılığın inkişafı məsələlərinə də toxunan icraçı direktor vurğulayıb ki, Azərbaycan “Böyük İpək Yolu”nun rəqəmsallaşdırılması ilə bağlı öz Rəqəmsal Ticarət Qovşağı vasitəsi ilə böyük işlər görüb. Hazırda bu istiqamətdə müəyyən layihələrin və təşəbbüslərin icrası davam edir.
Vüsal Qasımlı seminarda “Bir kəmər-bir yol” layihəsi üzrə işçi qrupların yaradılması mövzusunda olan sessiyaya rəhbərlik edib. Sessiya zamanı BMT ekspertlərinin də məruzələri dinlənilib.
Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində ““Bir kəmər - bir yol” təşəbbüsünün Orta Asiya iqtisadiyyatına təsirinin qiymətləndirilməsi” mövzusunda seminarda Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan 60-a qədər nümayəndə iştirak edib. Bu nümayəndələr əsasən iqtisadiyyat nazirliyi, mərkəzi bank, milli statistika idarəsi və beyin mərkəzlərinin nümayəndələri olublar.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu