Universitetlərdə “StartUp School” layihəsinin təqdimatına başlanıb
Enterprise Azerbaijan portalının Amerika Birləşmiş Ştatlarının Nevada Universiteti ilə əməkdaşlığı çərçivəsində yaradılan “StartUp School” layihəsinin universitetlərdə təqdimatlarına start verilib. Bununla bağlı ilk görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilib.
Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorunun İT və İnnovasiya üzrə müşaviri Rasim Abdullayevin, “Eazi Start” Startap və İnniovasiya Mərkəzinin koordinatoru Elviz İsmayılovun, mentorların, startapların və tələbələrin qatıldığı görüşdə “enterpriseazerbaijan.gov.az”-ın gördüyü işlər, gələcək fəaliyyət və rezidentlər haqqında ətraflı məlumat verib.
Daha sonra mentor Habil Əhmədov “Startapların inkişaf istiqamətləri” mövzusunda təlim keçib, layihə meneceri Nəzrin Əkbərova isə “StartUp School” haqqında tələbələrə geniş informasiya çatdırıb.
Sonda tələbələrin və müəllim heyətinin sualları cavablandırılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib