27 fevral 2023, 11:23

Enterprise Azerbaijan portalının Amerika Birləşmiş Ştatlarının Nevada Universiteti ilə əməkdaşlığı çərçivəsində yaradılan “StartUp School” layihəsinin universitetlərdə təqdimatlarına start verilib. Bununla bağlı ilk görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilib.

  Enterprise Azerbaijan portalının rəhbəri  Mətanət Musayeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorunun İT və İnnovasiya üzrə müşaviri Rasim Abdullayevin, “Eazi Start” Startap və İnniovasiya Mərkəzinin koordinatoru Elviz İsmayılovun, mentorların, startapların və tələbələrin qatıldığı görüşdə “enterpriseazerbaijan.gov.az”-ın gördüyü işlər, gələcək fəaliyyət və rezidentlər haqqında ətraflı məlumat verib.

 Daha sonra mentor Habil Əhmədov “Startapların inkişaf istiqamətləri” mövzusunda təlim keçib, layihə meneceri Nəzrin Əkbərova isə “StartUp School”  haqqında tələbələrə geniş informasiya çatdırıb.

 Sonda tələbələrin və müəllim heyətinin sualları cavablandırılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az