Ümummilli Liderin 100 illiyinə həsr olunmuş konfrans keçirilib
Mayın 6-da Bakıda “Gülüstan” sarayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda konfrans keçirilib. Konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarı ziyarət olunub, məzarın önünə əklil və gül dəstələri qoyulub.
Dövlət və hökumət rəsmilərinin iştirak etdikləri konfransda açılış nitqi ilə çıxış edən Baş nazir Əli Əsədov dünya şöhrətli siyasətçi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərin ölkəmizin tarixinə yüksəliş dövrü kimi yazıldığını bildirib. Baş nazir deyib ki, bu gün Ulu Öndərin ideya və siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli yanaşması və ardıcıl islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli ölkəyə, regionda və dünyada öz mövqelərini inamla möhkəmləndirən nüfuzlu dövlətə çevirib.
Tədbirdə nazirlər, Milli Məclisin komitə sədrləri və digər çıxışçılar müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi uzun illər ərzində Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən danışıblar. Çıxışlarda Heydər Əliyevin təşəbbüsü ilə ölkədə sosial-iqtisadi, aqrar və digər sahələrdə aparılmış əsaslı islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsasının qoyulduğu diqqətə çatdırılıb.
Konfransda qeyd olunub ki, Ermənistanın işğalı altında qalmış ərazilərimizin azad edilməsi, burada etnik təmizləməyə məruz qalmış keçmiş məcburi köçkünlərimizin doğma torpaqlarına geri qayıtması həm siyasi, həm strateji, həm də çox böyük mənəvi əhəmiyyət daşıyırdı. Böyük qələbə nəticəsində azad edilmiş torpaqlarımızda bu gün üçrəngli bayrağımız qürurla dalğalanır, ərazilərimiz Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı da konfransda iştirak edib.
Konfransın sonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Mən Azərbaycana lazım idim” adlı film nümayiş etdirilib. Daha sonra Ulu Öndərin 100 illiyi münasibətilə hazırlanmış markaların təqdimatı olub.
Qeyd edək ki, konfransdan sonra Nazirlər Kabinetinin binasında Ümummilli Liderin barelyefinin açılışı olub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib