Tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi
Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək məqsədilə Sərəncam imzalanıb.
İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilir ki, bu sərəncam, tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq, sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək üçün də faydalı olacaqdır. Belə ki, emal müəssisələrinə satılmış quru tütünün hər bir kiloqramına, yaş tütünün isə hər on kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi nəzərdə tutulur, ki bu da istehsalçilara dövlət dəstəyini əks etdirir. Nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunmuş və emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil ediləcəkdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində istehsalçılara subsidiyanın verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.Subsidiyaların maliyyələşdirilməsi məsələsi isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə olunmuşdur.






Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar