“Türk iqtisadi icmalı”nın yeddi dildə nəşrinə başlanılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Türk iqtisadi icmalı”nın rüblük nəşrinə başlanılıb. “Türk iqtisadi icmalı” nəşri ildə dörd dəfə yeddi dildə - Azərbaycan, ingilis, rus, türk, özbək, qazax və qırğız dillərində dövrü olaraq hazırlanacaq. “Türk iqtisadi icmalı”nın birinci buraxılışı Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin— Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın 2022-ci ilin 1-ci rübünə olan əsas makroiqtisadi göstəricilərini əhatə edir.
Nəşr iki bölmədən ibarətdir: birinci bölmədə Türk Dövlətləri Təşkilatının üzvlərinə dair ümumi baxış təqdim edilib, onların ərazi, əhali, ümumi daxili məhsul (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəriciləri və dünyadakı payı təsvir edilib, türk ölkələrinin ayrı-ayrılıqda ÜDM artımının müqayisəsi aparılıb.
İkinci bölmədə Türk Dövlətləri Təşkilatı üzvləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın 2022-ci ilin yanvar-mart aylarına dair əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib. Bu makroiqtisadi göstəricilər “İqtisadi artım”, “Xarici ticarət”, “Maliyyə” və “Dövlət büdcəsi” başlıqları altında qruplaşdırılıb. “İqtisadi artım” başlığı altında ÜDM, sənaye məhsulu, kənd təsərrüfatı məhsulu, “Xarici ticarət” başlığı altında ixrac, idxal, ticarət balansı, “Maliyyə” başlığı altında əsas kapitala yönəldilmiş vəsaitlər, bank sektorunun aktivləri, “Dövlət büdcəsi” başlığı altında dövlət büdcəsinin gəlirləri və xərcləri göstəriciləri qeyd edilib.
İcmalda göstərilir ki, türk ölkələrinin ümumi ərazisi 4 244 min km2, əhalisi 155.1 milyon nəfər, ÜDM-i 1 001.4 milyard ABŞ dolları, ticarət dövriyyəsi 536,08 milyard ABŞ dolları təşkil edir. Bu o deməkdir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələri dünyada ərazi üzrə 0,8 faiz, əhali üzrə 2,0 faiz, ÜDM üzrə 1,2 faiz, ticarət dövriyyəsi üzrə 2,5 faiz paya malikdir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin birinci rübündə Türkiyə iqtisadiyyatı 7,3 faiz, Azərbaycan iqtisadiyyatı 6,8 faiz, Özbəkistan iqtisadiyyatı 5,8 faiz, Qırğızıstan iqtisadiyyatı 4,5 faiz, Qazaxıstan iqtisadiyyatı isə 4,4 faiz böyüyüb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi rüblük əsasda “Türk iqtisadi icmalı” statistik bülleteni həm yerli, həm də beynəlxalq ictimaiyyətin, dövlət qurumlarının, tədqiqat mərkəzlərinin, QHT-lərin və media orqanlarının məlumatlandırılması baxımından əhəmiyyətlidir.
“Türk iqtisadi icmalı” statistik nəşrinin Azərbaycan variantı ilə bu linkdə https://bit.ly/3NMr41Y, ingilis variantı ilə bu linkdə https://bit.ly/397orZR, rus variantı ilə bu linkdə https://bit.ly/3GNtH1l, türk variantı ilə bu linkdə https://bit.ly/3MjE2Dg, özbək variantı ilə bu linkdə https://bit.ly/3NU4YKS, qazax variantı ilə bu linkdə https://bit.ly/38YUknH və qırğız variantı ilə isə bu linkdə https://bit.ly/3zg6C5F tanış olmaq mümkündür.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib