“İqtisadi islahatlar” jurnalının məqalələri “GetFTR” sistemində yerləşdirilib

“İqtisadi islahatlar” jurnalının məqalələri “GetFTR” sistemində yerləşdirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İqtisadi islahatlar” elmi jurnalının məqalələri “Get Full Text Research” (GetFTR) sistemində indekslənib. Oxucular məqalənin rəqəmsal obyekt identifikatorunu (DOI) axtararaq onun tam mətnini əldə edə bilərlər.

“GetFTR” elmi nəşrlərin tam mətnlərinə çıxışı asanlaşdırmaq məqsədilə “American Chemical Society”, “Elsevier”, “Springer Nature”, “Taylor & Francis” və “Wiley” beynəlxalq nəşriyyatlarının birgə təşəbbüsü ilə yaradılıb. Platforma elmi axtarış sistemlərində tapılan məqalələrin açıq giriş və ya institusional abunə əsasında oxucular üçün əlçatan olub-olmadığını müəyyənləşdirməyə, həmçinin onları tam mətnin yerləşdirildiyi nəşriyyat səhifəsinə yönləndirməyə imkan yaradır.

“İqtisadi islahatlar” jurnalının məqalələrinin “GetFTR” sistemində yer alması Azərbaycanda iqtisadi islahatlar və iqtisadi inkişaf sahələrində aparılan elmi tədqiqatların beynəlxalq akademik auditoriyaya çatdırılması imkanlarını genişləndirir. Eyni zamanda, bu, jurnalın beynəlxalq elmi informasiya məkanında tanıdılmasına, tədqiqatçıların və ekspertlərin elmi məqalələrə çıxışının asanlaşdırılmasına xidmət edir.

Mənbə: https://demo.getfulltextresearch.com