“Türk iqtisadi icmalı”nın 2023-cü il üçün növbəti sayı təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Türk iqtisadi icmalı”nın üçüncü sayını təqdim edib. 2023-cü ilin yanvar-sentyabr ayları üzrə əsas iqtisadi göstəriciləri əhatə edən budəfəki icmal iki bölmədən ibarətdir. Birinci bölmədə Türk Dövlətləri Təşkilatının (TDT) üzvlərinə dair ümumi baxış təqdim edilib, onların ərazi, əhali, ümumi daxili məhsul (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəriciləri və dünyadakı payı təsvir edilib, türk ölkələrinin ayrı-ayrılıqda ÜDM artımının müqayisəsi aparılıb. İcmalın TDT üzvlərinə ümumi baxış statistikasında göstərilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin ilk üç rübündə Türkiyə iqtisadiyyatı 5,9 faiz, Azərbaycan iqtisadiyyatı 0,8 faiz, Özbəkistan iqtisadiyyatı 5,8 faiz, Qırğızıstan iqtisadiyyatı 4,2 faiz, Qazaxıstan iqtisadiyyatı isə 4,7 faiz böyüyüb.
“Türk iqtisadi icmalı”nın ikinci bölməsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın 2023-cü ilin ilk doqquz ayı üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib. Belə ki, dövlət büdcəsinin artımı baxımından ən yaxşı göstərici 74,2 faizlə Türkiyədə qeydə alınıb. Türkiyənin dövlət büdcəsinin gəlirləri 125 630,7 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Azərbaycan (ticarət balansı 8 363,5 milyon ABŞ dolları) və Qazaxıstan (ticarət balansı 13 023.3 milyon ABŞ dolları) malikdir. Cari ilin ilk doqquz ayı ərzində Macarıstan istisna olmaqla, TDT-yə daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə olunub.
“Türk iqtisadi icmalı” statistik nəşrinin Azərbaycan variantı ilə bu linkdən https://bitly.ws/37Uhc ,
ingilis variantı ilə bu linkdən https://bitly.ws/37Uhn,
rus variantı ilə bu linkdən https://bitly.ws/37Uhw,
türk variantı ilə bu linkdən https://bitly.ws/37UhI,
macar variantı ilə bu linkdən https://bitly.ws/37Uiu,
özbək variantı ilə bu linkdən https://bitly.ws/37UhS,
qazax variantı ilə bu linkdən https://bitly.ws/37UhU və
qırğız variantı ilə isə bu linkdən https://bitly.ws/37Ui5 tanış olmaq mümkündür.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib