29 dekabr 2023, 14:27

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Türk iqtisadi icmalı”nın üçüncü sayını təqdim edib. 2023-cü ilin yanvar-sentyabr ayları üzrə əsas iqtisadi göstəriciləri əhatə edən budəfəki icmal iki bölmədən ibarətdir. Birinci bölmədə Türk Dövlətləri Təşkilatının (TDT) üzvlərinə dair ümumi baxış təqdim edilib, onların ərazi, əhali, ümumi daxili məhsul (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəriciləri və dünyadakı payı təsvir edilib, türk ölkələrinin ayrı-ayrılıqda ÜDM artımının müqayisəsi aparılıb. İcmalın TDT üzvlərinə ümumi baxış statistikasında göstərilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin ilk üç rübündə Türkiyə iqtisadiyyatı 5,9 faiz, Azərbaycan iqtisadiyyatı 0,8 faiz, Özbəkistan iqtisadiyyatı 5,8 faiz, Qırğızıstan iqtisadiyyatı 4,2 faiz, Qazaxıstan iqtisadiyyatı isə 4,7 faiz böyüyüb.

“Türk iqtisadi icmalı”nın ikinci bölməsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın 2023-cü ilin ilk doqquz ayı üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib. Belə ki, dövlət büdcəsinin artımı baxımından ən yaxşı göstərici 74,2 faizlə Türkiyədə qeydə alınıb. Türkiyənin dövlət büdcəsinin gəlirləri 125 630,7 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Azərbaycan (ticarət balansı 8 363,5 milyon ABŞ dolları) və Qazaxıstan (ticarət balansı 13 023.3 milyon ABŞ dolları) malikdir. Cari ilin ilk doqquz ayı ərzində Macarıstan istisna olmaqla, TDT-yə daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə olunub.

“Türk iqtisadi icmalı” statistik nəşrinin Azərbaycan variantı ilə bu linkdən https://bitly.ws/37Uhc ,

ingilis variantı ilə bu linkdən https://bitly.ws/37Uhn,

rus variantı ilə bu linkdən https://bitly.ws/37Uhw,

türk variantı ilə bu linkdən https://bitly.ws/37UhI,

macar variantı ilə bu linkdən https://bitly.ws/37Uiu,

özbək variantı ilə bu linkdən https://bitly.ws/37UhS

qazax variantı ilə bu linkdən https://bitly.ws/37UhU  və

qırğız variantı ilə isə bu linkdən https://bitly.ws/37Ui5 tanış olmaq mümkündür.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az