Türk Dövlətləri Təşkilatının toplantısında Türk dünyasının interaktiv geoiqtisadi xəritəsinin hazırlanması ilə bağlı təklif verilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifələrini icra edən Ayhan Satıcı Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilən İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupun 14-cü görüşündə iştirak edib.
A.Satıcı görüş çərçivəsində İİTKM-in Türk dünyasının interaktiv geoiqtisadi xəritəsinin hazırlanması ilə bağlı təklifini İşçi qrupun üzvlərinin diqqətinə çatdırıb, layihənin videoqrafikini TDT-nin Katibliyinə təqdim edib. Təklif İşçi qrup və Katiblik tərəfindən müsbət qarşılanıb və növbəti ilə qədər layihənin reallaşdırılması tövsiyə olunub.
O, İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupun görüşündə TDAM-ın fəaliyyəti və həyata keçirdiyi layihələr, o cümlədən 2022-ci ilin əvvəlindən etibarən 8 dildə rüblük çap olunan “Türk iqtisadi icmalı” barədə məlumat verib.
İşçi qrupun görüşündə həmçinin TDT-nin Ticarətin Asanlaşdırılması Komitəsinin 2023-2024-cü illər üçün Fəaliyyət Planının yekunlaşdırılması, TDT-ə üzv ölkələr arasında “Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi” layihəsinin qəbulu, “Türk Ticarət Evləri” layihəsinin həyata keçirilməsi, Turan Xüsusi İqtisadi Zonasının – TURANSEZ-in yaradılmasına dair konseptual sənədin təsdiqi və gələcək birgə fəaliyyətə dair digər məsələlər müzakirə edilib.
Görüşdə İİTKM-in TDT ilə birgə hazırladığı “Türk Dövlətləri İqtisadiyyatı” kitabının da ilkin təqdimatı keçirilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib