"Türk dövlətləri iqtisadiyyatı: Çağırışlar, uğurlar və imkanlar” kitabının müzakirəsi keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşəbbüsü ilə hazırlanan "Türk dövlətləri iqtisadiyyatı: Çağırışlar, perspektivlər və imkanlar” adlı kitab layihəsi çərçivəsində türk dövlətlərinin beyin mərkəzlərinin görüşü keçirilib. Görüşdə İİTKM-in icraçı direktoru professor Vüsal Qasımlı açılış nitqi ilə çıxış edib: “Geosiyasi və geoiqtisadi qeyri-müəyyənlik şəraitində bunlar həqiqətən də uğur olaraq qiymətləndirilə bilər. Regional sabitliyin əldə edilməsində Türk Dövlətləri birlikdə daha böyük potensiala malikdirlər. Türk Dövlətləri Təşkilatına daxil olan müstəqil türk dövlətləri (Türkmənistanla birlikdə) 155 milyon əhaliyə sahib olmaqla 4.5 milyon kvadratmetr coğrafi ərazini əhatə edir. O cümlədən, 1 trilyon ABŞ dollarından çox ÜDM-ə sahib olaraq dünyada 13-cü yerdə qərarlaşır. Nəticədə, Türk Dövlətlərinin istifadə edilməmiş kollektiv potensialı nəzərə çarpacaq dərəcədə əhəmiyyətlidir.”
Qeyd edək ki, "Türk dövlətləri iqtisadiyyatı: Çağırışlar, perspektivlər və imkanlar” adlı kitab iki hissədən ibarət olacaq. Ümumi hissədə türk dünyasında qarşılıqlı iqtisadi, ticarət və investisiya əlaqələri, həmçinin birgə layihələr əhatə olunacaq. Bu hissədə ümumi tarazlıq modeli, qravitasiya modeli və qraflar nəzəriyyəsi kimi ekonometrik üsullardan istifadə edilməklə türk dövlətlərinin mövcud və potensial əməkdaşlıq imkanları araşdırılacaq. Xüsusi hissədə isə hər bir türk dövlətinin 2010-2021-ci illərdə iqtisadi və sosial inkişafı, eyni zamanda türk dünyası ilə qarşılıqlı əlaqələri təhlil ediləcək.
Görüşdə Qazaxıstan Respublikasından İqtisadi Araşdırmalar İnstitutu, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzi, Türkiyə Respublikasından Qara Dəniz və Mərkəzi Asiya Mərkəzi (KORA), Bursa Uludağ Universiteti və AMEA-nın İqtisadiyyat İnstitutunun nümayəndələri iştirak ediblər. "Türk dövlətləri iqtisadiyyatı: Çağırışlar, perspektivlər və imkanlar” adlı kitabın həmmüəlliflər qrupu sadalanan nüfuzlu beyin mərkəzlərinin əməkdaşlarıdır.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib