The London Post: “Azərbaycan ən yaxşı investisiya məkanıdır”
Böyük Britaniyanın nüfuzlu The London Post qəzeti “Azərbaycan ən yaxşı investisiya məkanıdır” başlıqlı yazı dərc edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının müəllifi olduğu yazıda bildirilir ki, son 15 ildə iqtisadiyyatını üç dəfə böyüdən Azərbaycanın qarşıdakı 10 illikdə daha iki dəfə böyümə hədəfi var. “Dünya investisiya hesabatı - 2020”-də 2014-2019-cu illərdə ən çox birbaşa xarici sərmayə cəlb edən Top-3 keçid ölkəsindən biri kimi qiymətləndirilən Azərbaycan, həm də “Doing Business” hesabatında ən islahatçı 10 ölkədən biridir. Regionda dördüncü sənaye inqilabının ilk mərkəzini yaradan və davamlı inkişaf indeksinə görə lider olan Azərbaycanda əlverişli biznes mühiti, təkilf edilən özəlləşdirmə gündəliyi və dövlət-özəl əməkdaşlığı imkanları, həmçinin Qarabağda bərpa prosesi yeni investisiya dalğası yaradacaq. Azərbaycanın müəllifi olduğu yeni regional arxitektura, kommunikasiya və iqtisadi əlaqələrin bərpası bölgənin sərmayə cəlbediciliyini artırıb.
V.Qasımlı məqalənin yekununda bildirib ki, dünyada ÜDM-ə nisbətdə ən az xarici borca və ən çox strateji ehtiyatlara, həmçinin sabit valyuta və aşağı inflyasiyaya malik olan Azərbaycanda xarici sərmayələr üçün təşviqlər və qarantiyalar mövcuddur.
“The London Post” qəzetində dərc olunun məqalə ilə təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz: https://thelondonpost.net/azerbaijan-the-best-destination-for-investment-dr-vusal-gasimli/









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf