“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun onlayn formatda iclası keçirilib. İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının nümayəndələri iştirak edib.
Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış çıxışı edərək ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasının zəruriliyini qeyd edib. Eyni zamanda, müvafiq göstəricilərin inkişaf etdirilməsi üçün işçi qrupun öz fəaliyyət istiqamətlərinə uyğun tədbirlər görməsinin və beynəlxalq təşkilatlarla bu istiqamətdə danışıqların aparılmasının əhəmiyyətini vurğulayıb. Vüsal Şıxəliyev bildirib ki, işçi qrupun üzvlərinin səyləri nəticəsində aidiyyəti sahələr üzrə diqqətəlayiq irəliləyişlərə nail olunub, lakin daha yaxşı nəticələr üçün daha çox araşdırmanın aparılması və konkret addımların atılması zəruridir.
İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov qeyd olunan məsələlərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən atılan addımlar və icrası davam etdirilən tədbirlər barədə danışıb. Mobil rabitə, internet xidmətləri, startaplara verilən dəstək və eyni zamanda tələbələrə “Technest” proqramı çərçivəsində təklif edilən proqramlaşdırma və kodlaşdırma üzrə tədris və onun uğurlu nəticələri barədə məlumat verilib. Eyni zamanda, Elektron Hökumətin İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması üçün Nazirlik tərəfindən atılan konkret addımlara nəzər yetirilib.
Daha sonra, iclasın gündəliyinə uyğun olaraq, dövlət qurumlarının nümayəndələri tərəfindən işçi qrupun 2022-ci il üzrə görülmüş işlərin hesabatları və 2023-cü il üzrə qarşıya qoyulmuş hədəflər müzakirə olunub. Verilmiş məlumatlar əsasında Komissiyanın Katibliyinin rəhbəri tərəfindən müvafiq təkliflər və qərarlar verilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib