“Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində “Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masanın açılışını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və GİZ-in proqram rəhbəri Thomas Meyer edib.
Vüsal Qasımlı bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə mütəmadi və sistemli islahatlar aparılır: “Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılan tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasının da ipoteka kreditləri vasitəsilə maliyyələşdirilməsi imkanı nəzərdə tutulub. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən torpaq ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönələn tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər”
GİZ-in proqram rəhbəri Thomas Meyer isə təminat qeydinin zərurəti barədə Almaniya təcrübəsi barədə iştirakçılara ətraflı məlumatlar təqdim edib. Onun sözlərinə görə Almaniyada təminat qeydinə oxşar “ilkin qeyd” adlı institut daşınmaz əmlak bazarında təhlükəsiz hüquqi dövriyyənin təmin edilməsi vasitəsi kimi geniş yayılmışdır və vaxtilə bu sahədə olan müəyyən neqativ halların qarşısının alınmasının bir üsulu kimi özünü doğruldub. Bu baxımdan, həmin təcrübədən Azərbaycan Respublikasında həm qanunvericilik, həm də işgüzar dövriyyədə müvəffəqiyyətlə istifadə edilə bilər.
Müzakirə zamanı təminat qeydinin məqsədi və tənzimləmə mexanizmi, torpaqla onun üzərində olan daşınmaz əmlakın hüquqi taleyinin vahidliyi, tikilməkdə olan binalarda yerləşən mənzillərin dəfələrlə satılması və mənzillərin tam hazır olmadan satılması ilə bağlı risklərdən müvafiq münasibət iştirakçılarının mühafizəsi, ödəmə öhdəliklərinin ipoteka ilə təmin edilməsi hallarında təminat qeydindən istifadə mexanizmləri mövzuları diqqət mərkəzində olub.
Dəyirmi masanın “Təminat qeydinin zərurəti: Almaniya təcrübəsi və Azərbaycan perspektivləri” adlı sessiyasında GİZ- in beynəlxalq ekspertləri Dr. Rolf Knieper , Dr. David Köniq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Dövlət şəhərsalma kadastrı şöbəsinin müdiri Rəşad İsmayılov, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin hüquq şöbəsinin baş məsləhətçisi Elbəy Bababəyov çıxışlar ediblər. “Təminat qeydi işgüzar və hüquqi dövriyyədə: Almaniya təcrübəsi və Azərbaycan perspektivləri” adlı sessiyada isə Ədliyyə nazirliyinin Qanunvericilik Baş İdarəsinin iqtisadi normativ aktlar idarəsinin məsləhətçisi Aytən Hacıyeva, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquq şöbəsinin müdiri Oqtay Həsənov, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Baş direktoru İlham Kələşov mövzu ilə bağlı əsas məqamlara toxunublar.
Müzakirələrə beynəlxalq ekspertlər, dövlət qurumlarının rəsmiləri, yerli və qeyri-hökumət təşkilatlarının nümayəndələri də daxil olmaqla 60-a yaxın iştirakçı qatılıb.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu