“Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçiriləcək
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində “Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçirəcək. Dəyirmi masa zamanı təminat qeydi institutu ilə bağlı müddəaların təkmilləşdirilməsi sahəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinə 2017-ci ilin dekabr ayının 15-də edilmiş əlavə və dəyişiklər müzakirə ediləcək, həmin dəyişikliklərin hüquq tətbiqetmə praktikasında tətbiqi ilə əlaqədar fikir mübadiləsi aparılacaqdır. 2 sessiya çərçivəsində təminat qeydinin məqsədi və tənzimləmə mexanizmi, torpaqla onun üzərində olan daşınmaz əmlakın hüquqi taleyinin vahidliyi, tikilməkdə olan binalarda yerləşən mənzillərin dəfələrlə satılması və mənzillərin tam hazır olmadan satılması ilə bağlı risklərdən müvafiq münasibət iştirakçılarının mühafizəsi, ödəmə öhdəliklərinin ipoteka ilə təmin edilməsi hallarında təminat qeydindən istifadə mexanizmləri mövzuları diqqət mərkəzində olacaq.
Müzakirələrdə beynəlxalq ekspertlər, dövlət qurumlarının rəsmiləri, yerli və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək. Dəyirmi masada iştirak etmək istəyənlər göstərilən linkdən qeydiyyatdan keçə bilərlər: http://ereforms-giz.ereforms.org/.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu