“TEI Forum 2026” tədbirinin təşkili məqsədilə İİTKM-də görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “TEI Forum 2026” (Trade, Export & Innovation Forum) çərçivəsində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə görüş keçirilib.
Görüşdə İİTKM-in operatoru olduğu “Azexport” və “Enterprise Azerbaijan” portallarının nümayəndələri, qarşı tərəfdən isə “Founder Club” məşvərət heyətinin üzvləri, o cümlədən “Sign”, “BMG International” və “Bizcon” şirkətlərinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı “TEI Forum 2026” tədbirinin təşkili və forum çərçivəsində ticarət, ixrac və innovasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər forumun regional və beynəlxalq miqyasda biznes əlaqələrinin genişləndirilməsi, yerli sahibkarların ixrac imkanlarının artırılması və innovativ təşəbbüslərin təşviqi baxımından əhəmiyyətini vurğulayıblar.
Müzakirələr nəticəsində birgə fəaliyyət və institusional əməkdaşlıq istiqamətində razılıq əldə olunub. Forumun məzmununun zənginləşdirilməsi, beynəlxalq biznes nümayəndələrinin cəlb edilməsi və real B2B əməkdaşlıqların qurulmasına xidmət edən mexanizmlərin formalaşdırılması əsas prioritetlər kimi müəyyən edilib.
“TEI Forum 2026” (Trade, Export & Innovation) region ölkələrindən sahibkarları, ixracatçıları, investorları və innovasiya ekosisteminin əsas oyunçularını bir araya gətirməyi hədəfləyən beynəlxalq biznes platforması kimi planlaşdırılır.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib