“Təhsil” üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib
Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial – iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Təhsil” üzrə alt işçi qrupunun növbəti iclası keçirilib.
İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn və Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Əbdülrəhim Dadaşov iştirak ediblər. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclas çərçivəsində təhsil sahəsində 2027-2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub.
Qeyd edək ki, sözügedən İşçi Qrupunun məqsədi ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması istiqamətində təhsil sahəsi üzrə əsas prioritetlərin müəyyən edilməsidir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib