Strateji yol xəritəsi Şamaxıda ictimai müzakirəyə çıxarıldı
"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin ictimai müzakirələri davam edir. Bu silsilədən növbəti tədbir 25 iyun 2016-cı il tarixdə Şamaxı şəhərində Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan Şamaxı, Ağsu və İsmayıllı rayonlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikasının Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov və Mərkəzi Bankın İdarə Heyətinin sədrinin 1-ci müavini Alim Quliyev məruzə ilə çıxış ediblər. 300 nəfərdən ibarət ictimaiyyət nümayəndəsi, o cümlədən bölgənin ziyalıları və sahibkarları tədbirdə iştirak ediblər. Xüsusilə də, Dağlıq Şirvan iqtisadi rayonu üçün xarakterik olan iqtisadi inkişafa dair təkliflərin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində əksini tapması üçün təkliflər səsləndirilib. Bölgə ziyalıları qeyd ediblər ki, iqtisadiyyat üçün əsas yol xərtisənin müzakirəsində bütün tərəflərin iştirakı təqdirəlayiq haldır.
Tədbiri Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi birlikdə təşkil edib. Növbəti belə tədbir 2 iyul 2016-cı il tarixdə İmişli şəhərində Aran iqtisadi zonasına daxil olan rayonların nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib