“StartUp School”un finalçısı “TEKNOFEST - Girişim Yarışması”nın finalında çıxış edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı ilə ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “Startup School” layihəsinin “Ən yaxşı marketinq” kateqoriyasının qalibi olan “UniClubs” startapı Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən “TEKNOFEST - Girişim Yarışması”nın finalında iştirak edir.
Qeyd edək ki, təhsil kateqoriyasına aid olan “UniClubs” bütün universitetlərin öz klublarını idarə etmək üçün istifadə edə biləcəyi veb saytdır. Həmçinin tələbələr, klub rəhbərləri daxil olduqları universitet daxilindəki klublarla və digər universitetlərlə əməkdaşlıq edə bilərlər. Bu layihələr tələbələri əməkdaşlığa, klubları daha aktiv etmək üçün motivasiyaya və universitet işçiləri üçün klub proseslərinin asan idarə olunmasına kömək edir.
“UniClubs” startapı 200-dən artıq layihənin müraciət etdiyi, 33 layihənin yarışdığı “StartUp School” layihəsində 10 ən yaxşı layihə və “Ən yaxşı marketinq” kateqoriyasının qalibi olub.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf