01 sentyabr 2023, 12:43

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı ilə ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “Startup School” layihəsinin “Ən yaxşı marketinq” kateqoriyasının qalibi olan “UniClubs” startapı Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən “TEKNOFEST - Girişim Yarışması”nın finalında iştirak edir.  

Qeyd edək ki, təhsil kateqoriyasına aid olan “UniClubs” bütün universitetlərin öz klublarını idarə etmək üçün istifadə edə biləcəyi veb saytdır. Həmçinin tələbələr, klub rəhbərləri daxil olduqları universitet daxilindəki klublarla və digər universitetlərlə əməkdaşlıq edə bilərlər. Bu layihələr tələbələri əməkdaşlığa, klubları daha aktiv etmək üçün motivasiyaya və universitet işçiləri üçün klub proseslərinin asan idarə olunmasına kömək edir.

“UniClubs” startapı 200-dən artıq layihənin müraciət etdiyi, 33 layihənin yarışdığı “StartUp School” layihəsində 10 ən yaxşı layihə və “Ən yaxşı marketinq” kateqoriyasının qalibi olub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az