“Startup School”un fəxri qonaqlarını siz də tanıyın – Yana Krimpe
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “Startup School”un Məzun günü 19 may 2023-cü il tarixində keçiriləcək. Mərasimdə layihə müddətində startapçılara təlim keçən mentorlarla yanaşı, startap ekosisteminin tanınmış simalarından olan fəxri qonaqlar da iştirak edəcəklər. Ekspertlər gənclərlə öz uğur hekayələrini bölüşərək, onları gələcək işlərində daha da ruhlandıracaqlar.
Fəxri qonaqlarımızdan biri də “B.E.S.T Solution” şirkətinin təsisçisi Yana Krimpedir. O, layihə iştirakçıları ilə rəqəmsal marketinq mövzusunda danışacaq.
Qeyd edək ki, layihənin ilk mərhələsinin qalibləri olmuş 10 komandanın üzvləri üçün “SABAH.Lab”da treninqlər keçirilib. Ümumilikdə, “Startup School”un ilk mərhələsinin qaliblərini 200 layihə arasından ABŞ, Türkiyə, İsrail, İsveç, Polşa və Azərbaycandan olan mentorlar seçiblər. “Startup School”un bütün məzunlarına beynəlxalq səviyyəli iştirakçı sertifikatı, qaliblərə isə əlavə olaraq ABŞ-da I2B treninqlərində iştirak imkanı veriləcək.







Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu