“Startup School”un fəxri qonaqlarını siz də tanıyın – Serkan Koç

“Startup School”un fəxri qonaqlarını siz də tanıyın – Serkan Koç

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “Startup School”un Məzun günü 19 may 2023-cü il tarixində keçiriləcək. Mərasimdə layihə müddətində startapçılara təlim keçən mentorlarla yanaşı, startap ekosisteminin tanınmış simalarından olan fəxri qonaqlar da iştirak edəcəklər. Ekspertlər gənclərlə öz uğur hekayələrini bölüşərək, onları gələcək işlərində daha da ruhlandıracaqlar.

Fəxri qonaqlarımızdan biri də “Serkan Koç Consulting” şirkətinin təsisçisi, sahibkar, “eticaretmerkezim.com”, “yazilimkoyu.com”, “icerikler.com”, “leventofis.com”, “serkankoc.com.tr” “pegasusbolshop.com.tr” saytlarının baş məsləhətçisi və təlimçi Serkan Koçdur. O, layihə iştirakçıları ilə “Ən böyük sahibkar necə olmaq olar?” sualı ətrafında danışacaq.

Qeyd edək ki, hazırda layihənin ilk mərhələsinin qalibləri olmuş 10 komandanın üzvlərinin “SABAH.Lab”da treninqləri davam edir. Ümumilikdə, “Startup School”un ilk mərhələsinin qaliblərini 200 layihə arasından ABŞ, Türkiyə, İsrail, İsveç, Polşa və Azərbaycandan olan mentorlar seçiblər. “Startup School”un bütün məzunlarına beynəlxalq səviyyəli iştirakçı sertifikatı, qaliblərə isə əlavə olaraq ABŞ-da I2B treninqlərində iştirak imkanı veriləcək.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R