“StartUp School” layihəsi Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinə təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrə “StartUp School” layihəsini təqdim edib.
Mətanət Musayeva universitetin Strateji planlaşdırma şöbəsi və İnnovativ Biznes İnkubatorunun (İBİ) təşkilatçılığı ilə keçirilən görüşdə enterpiseazerbaijan.gov.az portalının fəaliyyəti, gənclərə verdiyi töhfələr barədə məlumat verib. O bildirib ki, “StartUp School” layihəsinin reallaşdırılmasının məqsədi gənclərin ideyalarını reallığa çevirmək və innovasiyaların inkişafı istiqamətində onlara dəstək göstərməkdən ibarətdir.
Daha sonra layihənin mentoru Habil Əhmədov “Startapların inkişaf istiqamətləri” mövzusunda təlim keçib və layihə meneceri Nəzrin Əkbərova isə “StartUp School” haqqında tələbələrə geniş informasiya çatdırıb. O qeyd edib ki, layihəyə qoşulan tələbələr ABŞ, Türkiyə, İsrail və Polşadan olan beynəlxalq mentorların dəstəyi ilə startap ideyalarını inkişaf etdirə biləcəklər. Qalib komandanın üzvləri Nevada Universitetinin Özmen Sahibkarlıq Mərkəzinə getmək şansı əldə edəcəklər.
Tələbələrlə təşkil olunan görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, İBİ-nin rəhbəri Nəsibə Əmirbəyova, şöbənin mütəxəssisləri və universitetin müxtəlif kurs tələbələri iştirak ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib