“Startup School 3” finalının münsiflər heyəti elan olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı finala yaxınlaşır. Proqramın ən mühüm mərhələlərindən olan “Demo Day” üçün münsiflər heyəti müəyyən olunub.
21 noyabr 2025-ci il tarixində Azərbaycan İnnovasiya Mərkəzində keçiriləcək tədbirdə Azərbaycan, Malta, ABŞ və Türkiyənin innovasiya ekosistemlərini təmsil edən vençur fondlarından ekspertlər münsiflər heyətində təmsil olunacaqlar. Vençur fondların qiymətləndirmə prosesində iştirakı startapların qlobal bazara inteqrasiyasına və investisiya qazanmaq potensialına müsbət təsir edəcək.
Münsiflər heyətinin üzvləri aşağıdakı kimidir:
- Camal Ağayev – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (Azərbaycan)
- Samir Hacıbəyli – “Caucasus Ventures” (Azərbaycan)
- Murat Baday – “Synapses Ventures” (ABŞ)
- Gonca Kara – “A8 Acceleration Center” (Malta)
- Turan Özbahçeci – “Ozbahceci Invest Club” (Türkiyə)
- Orxan Abbasov – SABAH.HUB (Azərbaycan)
- Telman Mustafayev – “Yeni Fikir” (Azərbaycan)
Tədbirin birinci hissəsi - “Startapların sərgisi” mərhələsində komandalar öz startapları üzrə məhsul və ya həlləri təqdim edəcək, münsiflər heyəti isə bu layihələri təsdiq edilmiş meyarlar (innovativlik, bazar potensialı, komanda bacarıqları və MVP) əsasında qiymətləndirəcəklər. Bu mərhələnin nəticəsi olaraq yalnız ən perspektivli layihələr “pitch” mərhələsinə vəsiqə qazanacaq.
Final mərhələsinin əsas hissəsi olan “Pitch” zamanı seçilmiş startaplar öz layihələrini münsiflər qarşısında təqdim edəcək, hər bir layihənin inkişaf perspektivləri, investisiya cəlbetmə imkanları və kommersiyalaşdırma potensialı müzakirə olunacaq. Qiymətləndirmə yekunlarına əsasən ən yaxşı üç layihə qalib elan edilərək mükafatlandırılacaqlar.
“Startup School 3” layihəsi və onun tərkib hissəsi olan “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı Azərbaycanın innovasiya ekosisteminin inkişafına, startapların beynəlxalq bazarlara çıxışına və qlobal tərəfdaşlıqların genişlənməsinə mühüm töhfə verir. Proqram çərçivəsində 100-dən çox startap komandası beynəlxalq təlimçi və mentorların iştirakı ilə hazırlıq mərhələlərindən keçərək öz layihələrini təkmilləşdirib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib