“Startup School 2” layihəsi ilə bağlı “Xaçmaz KOB evi”ndə infosessiya keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və layihə meneceri Nəzrin Əkbərova “Startup School 2 - AI for Green Solidarity” layihəsinin tanıdılması məqsədilə Quba-Xaçmaz iqtisadi rayonunun gəncləri ilə görüşüblər. “Xaçmaz KOB evi”ndə baş tutan görüşdə gənc sahibkarlar və regionun startapçıları iştirak ediblər.
Görüşdə M.Musayeva “Enterprise Azerbaijan” portalının iş fəaliyyəti və “Startup School 1” layihəsinin uğurları ilə gəncləri tanış edib. Daha sonra N.Əkbərova “Startup School 2 – AI for Green Solidarity” layihəsinin qəbul şərtləri, məqsədi və gənc startapçılara təklif etdiyi imkanlar haqqında təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
Beynəlxalq Kitab Bağışlama Gününə təsadüf edən görüşdə gənclərlə innovasiya və startap ekosisteminə həsr olunmuş kiçik viktorina keçirilib. Görüşün sual-cavab hissəsində ən fəal iştirak edən gənc sahibkar Səbinə Məmmədovaya İİTKM, ABŞ-ın Nevada Universiteti və Bakı Mühəndislik Universitetinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabı təqdim olunub.
Sonda KOBİA-nın Quba-Xaçmaz regional koordinatoru Azər Pənahov gənclərə layihəyə qoşulmaları ilə bağlı tövsiyələr verib.
Qeyd edək ki, “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universiteti ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi “StartUp School 2 – AI for Green Solidarity” layihəsinə sənəd qəbulu 2024-cü ilin fevral ayının 1-də başlayıb və martın 17-dək davam edəcək. Layihəyə daha çox gəncin cəlb olunması üçün AMEA-da, aparıcı ali təhsil müəssisələrində, KOB evlərində, inkubasiya və akselerasiya mərkəzlərində layihənin tanıtım tədbirlərinin keçirilməsi nəzərdə tutulub. “Startup School 2 - AI for Green Solidarity” layihəsinin reallaşdırılması üçün “Enterprise Azerbaijan” portalı xarici tərəfdaşlar ilə yanaşı, eyni zamanda ölkəmizdə 11 nüfuzlu qurumla əməkdaşlıq edir. Bunların arasında 10 layihənin “Startap şəhadətnaməsi” üçün müraciətinə sürətləndirilmiş dəstəyin göstərilməsində və canlı “Master Class” treninqlərinin keçirilməsində KOBİA xüsusi yer tutur.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib