Sosialyönlü xərclər gələn il də prioritetlər sırasındadır
Azərbaycan Respublikasının Milli Məclisində “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov dövlət büdcəsinin xərc istiqamətlərinə toxunaraq bildirib ki, sosialyönlü xərclər 2026-cı ildə də əsas prioritetlər sırasında olacaq. Belə ki, sosialyönlü xərclər 17,1 milyard manat olmaqla dövlət büdcəsinin 41 faizini təşkil edəcək. Bu göstərici növbəti ilin dövlət büdcəsinin sosialyönlü olduğunu deməyə əsas verir. Gələn il təkcə təhsil və elm xərclərinə 5,2 milyard manat, səhiyyə xərcləri üçün isə 2 milyard manat nəzərdə tutulur.
2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard manat məbləğində nəzərdə tutulur. Dövlət büdcəsi kəsirinin yuxarı həddi isə 3,1 milyard manat və ya ÜDM-in 2,3 faizi səviyyəsində proqnozlaşdırılır. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin xərcləri növbəti il üçün proqnozlaşdırılan ÜDM-ə nisbətdə 31,1 faiz və gəlirləri 28,8 faiz təşkil edəcək.
2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 42,6 faizi və ya 16,4 milyard manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22,2 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşür. Dövlət büdcəsi gəlirlərinin 12,8 milyard manatı isə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
2026-cı il üçün icmal büdcənin əsas göstəricilərinə gəldikdə, növbəti il üçün icmal büdcənin gəlirləri 45 milyard manat, xərcləri 48,8 milyard manat, kəsiri isə 3,8 milyard manat məbləğində proqnozlaşdırılır.
Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi sahəsində maliyyə təminatı 2026-cı il dövlət büdcəsinin əsas prioritetlərindəndir. Növbəti il müdafiə və milli təhlükəsizlik məqsədləri üçün dövlət büdcəsi xərclərinin 21 faizi həcmində, yəni 8,7 milyard manat vəsait nəzərdə tutulur.
Orxan Sadıqov qeyd edib ki, növbəti ilin dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramının maliyyə təminatı durur və azad edilmiş ərazilərdə quruculuq işləri, habelə insanların öz doğma yurdlarına qayıdışı əsas prioritetlərdəndir. Bu məqsədlə növbəti ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpasına 3,5 milyard manat nəzərdə tutulub.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu