Sosial-iqtisadi inkişaf Strategiyası üzrə 2026-cı ilə dair indikativ planlaşma məqsədilə görüşlər keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində 2026-cı il üçün yekun nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib.
Görüşlərdə İqtisadiyyat Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin, Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Dövlət Turizm Agentliyinin, Dövlət İmtahan Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Mərkəzi Bankın, Azərbaycan İnvestisiya Holdinqinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, Ələt Azad İqtisadi Zonasının, Dövlət Neft Şirkətinin (SOCAR), İpoteka və Kredit Zəmanət Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Əqli Mülkiyyət Agentliyinin nümayəndələri iştirak ediblər.
Qurumların nümayəndələri ilə aparılmış müzakirələr zamanı Strategiyanın “Davamlı və yüksək iqtisadi artım”, “Paytaxt və regionların tarazlı inkişafı”, “Daxili və xarici təsirlərə dayanıqlıq”, “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi”, “Yüksək və ədalətli sosial təminat”, “İnklüziv cəmiyyət”, “XXI əsrin tələblərinə uyğun təhsil”, “Yaradıcı və innovativ cəmiyyət”, “Vətəndaşların sağlam həyat tərzi”, “Yüksək keyfiyyətli ekoloji mühit” və “Yaşıl enerji məkanı” Məqsədləri üzrə fəaliyyət istiqamətləri nəzərdən keçirilib. Müəyyən olunmuş tədbirlərlə bağlı qarşıya çıxan çətinliklər, yekun nəticə indikatorları üzrə hədəflərin verilməsi və onların həyata keçirilməsi üçün qarşıda duran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşlərin yekununda 2026-cı il üçün nəzərdə tutulan yekun hədəflərə uyğun nəticə indikatorlarının hazırlanması, dövrün sonuna monitorinq və qiymətləndirmənin aparılması məqsədilə kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün müvafiq tövsiyələr verilib.
Ümumilikdə, indikativ planlaşdırma çərçivəsində oktyabr-noyabr ayları ərzində Strategiya üzrə əsas icraçı qismində müəyyən edilmiş 32 qurumla müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib