“Səhiyyə sistemi ”işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib
28 avqust 2026-cı il tarixində saat 15.00-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi ”işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilmişdir.
İclas zamanı Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində mövcud çətinliklərə toxunulmuş, İSİM tərəfindən hazırlanmış elektron resurslar barədə məlumatlar verilmişdir.
İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Sevinc Cabbarova tərəfindən İşçi qrupun 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin təhlili təqdim edilib. Təqdimat zamanı aidiyyəti qurumlar tərəfindən təqdim olunmuş hesabatların icra vəziyyəti nəzərdən keçirilib, görülmüş işlər və mövcud məsələlərə dair müvafiq fikir və təkliflər bildirilib.
Sonda İşçi qrupun sədri tərəfindən növbəti iclasın gündəliyinə daxil ediləcək məsələlərə dair müvafiq qeydlər səsləndirilib və İşçi qrupun katibinə qarşıdakı iclasın təşkili ilə bağlı tapşırıqlar verilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib