Səfir Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ABŞ-ın Heritage Fondunun Beynəlxalq Ticarət və İqtisadiyyat üzrə Mərkəzinin rəhbəri səfir Terri Milleri qəbul edib. Vüsal Qasımlı görüşdə bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə iqtisadi, sosial və institutsional islahatlar paralel aparılır, infrastruktur quruculuğu davam etdirilir, regional əhəmiyyətli neft-qaz, rəqəmsal və nəqliyyat-logistika layihələri həyata keçirilir və artıq nəticələr göz qabağındadır: “Ölkə iqtisadiyyatı 3 faizdən artıq illik böyümə fazasına keçib, xüsusilə, qeyri-neft sənayesi, bitkiçilik və qeyri-neft ixracı ikirəqəmli həddə böyüyür. Dövlət büdcəsi və tədiyyə balansında trendlər müsbətdir. Strateji valyuta ehtiyatları ÜDM-in 80 faizindən artığını təşkil etdiyi halda, xarici borc ÜDM-in 20 faizindən də azdır. Manatın məzənnə sabitliyi və inflyasiyanın aşağı həddi təmin edilmişdir. Təkcə bu ilki sosial paket çərçivəsində 4 milyondan çox vətəndaşın sosial rifah halını yaxşılaşdırmaq üçün 4 milyard manatdan artıq vəsait nəzərdə tutulur. Doing Business hesabatında ən islahatçı ölkə olan Azərbaycanda ictimai-siyasi və makroiqtisadi sabitlik qorunur.
Səfir Miller bildirib ki, Azərbaycan ABŞ-ın Heritage Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir. Qonaq həmçinin Azərbaycanın regional miqyasda neft-qaz və nəqliyyat-logistika sahəsində oynadığı rolun əhəmiyyətini də vurğulayıb. Görüşdə həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə ABŞ-ın Heritage Fondu arasında əməkdaşlıq məsələləri müzakirə edilib.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu