Sahibkarlara “İxraca dəstək” mövzusunda yeni təlim keçiriləcək
“2019 İXRACA DƏSTƏK” layihəsinin II hissəsi üzrə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin və “My Broker” gömrük təmsilçiliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Dövlət Gömrük Komitəsinin rəsmi dəstəyi ilə növbəti üç hissədən ibarət təlimlər təşkil olunacaqdır.
Təşkil olunacaq təlimlərdə yerli istehsalın xarici bazarlara çıxarılmasının sitimullaşdırılması və asanlaşdırılması üzrə ixrac gömrük əməliyyatında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, ixrac biznes strategiyası və beynəlxalq daşınmada işlərin hansı mərhələlər ilə həyata keçirilməsi üzrə təlimlər keçiriləcəkdir.
Təlimlərin başlama vaxtı 10:00-dur. Təlimin müddəti 2 saatdır.
Təlimlər:
➡23.04.2019-cu il tarixində “İxrac gömrük əməliyyatında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi”
Təlimçi: Cabir Kamranov
➡26.04.2019-cu il tarixində “İxracda biznes strategiyası”
Təlimçi: Azad Qəhrəmanov
➡03.05.2019-cu il tarixində “İxrac gömrük əməliyyatında beynəlxalq daşınmanın hansı qaydada həyata keçirilməsi”
Təlimçi: Nicat Şabanlı
Təlimlər ÖDƏNİŞSİZdir.
Təlimlərdə iştirak etmək istəyən yerli istehsalçı sahibkarlarımız https://forms.gle/z7se47jGuswRet8GA qeydiyyat linkindən qeydiyyatdan keçə bilərlər.
Sonda layihə üzrə təşkil olunmuş üç təlimin hər birində iştirak edən sahibkarlara sertifikat təqdim ediləcəkdir. Təlimlər İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin inzibati binasında baş tutacaqdır. (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16)









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar