Sahibkarlar tikinti prosedurlarının sadələşdirliməsindən razıdırlar
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) 30-a yaxın tikinti şirkətinin rəhbərləri ilə görüş keçirib. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı “Doing Business” hesabatında “Tikintilərə icazələrin alınması” indikatoru üzrə Prezident İlham Əliyevin rəhbərliyilə aparılan islahatlar barədə çıxış edib.
Bildirilib ki, aparılan sistemli iqtisadi islahatlar nəticəsində “Tikintilərə icazələrin alınması” indikatoru üzrə biznes mühitinin yaxşılaşdırılması üçün tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi prosedurlarının sayı azaldılaraq 10-a endirilib. Tikinti obyektlərinin tikinti layihəsi ekspertiza tələb olunan və tələb olunmayan obyektlərə ayrılıb və ekspertizası tələb olunmayan obyektlərin siyahısı genişləndirilib. Həmçinin bu istiqamət üzrə texniki şərtlər “Bir Pəncərə” prinsipi ilə sadəcə bir sorğu vasitəsi ilə “ASAN Kommunal/Xidmət” mərkəzlərində əldə olunur.
BŞİH-nin Baş Memarı Akif Abdullayev bildirib ki, meriyada “Tikintilərə icazələr üzrə Bir Pəncərə”də sənədlər qəbul edilir. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin saytından sahibkarların elektron qaydada tikinti icazələri üçün müraciət etməsinə imkan yaradılıb. Tikinti sahəsində çalışan sahibkarlar Prezident İlham Əliyevin rəhbərliyilə aparılan islahatlar nəticəsində yaradılmış şəraitə görə razı olduqlarını bildiriblər.
Görüşdə islahatların davam etdirilməsi üçün tikinti şirkətlərinin səmərəli təklifləri nəzərə alınıb. Xüsusilə vurğulanıb ki, biznes mühitinin digər istiqamətlərində də aparılan iqtisadi islahatlar, infrastrukturun yaxşılaşdırılması və dövlət dəstəyinin genişləndirilməsi sahibkarlığın inkişafı üçün münbit şərait yaradır.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu