Rəqəmsal transformasiyaya gecikməyin!
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəqəmsal layihələri olan Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı ilə Türkiyənin “ODS Consulting Group” şirkətinin birgə təşkilatçılığı əsasında “Rəqəmsal Transformasiya və Texnologiya Zirvəsi Forumu” keçiriləcək. Forum rəqəmsal transformasiya və elektron ticarətin yaratdığı imkanlar, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və ixracın təşviqi məqsədi daşıyır.
Forum zamanı sahibkarlar üçün bir neçə istiqamət əsas götürüləcək:
- Azərbaycan və Türkiyənin ticarət sahəsində rəqəmsal transformasiyası;
- Alibaba.com saytının ixrac imkanları, istehsalın məhsuldarlığının artırılması yolları, müştərilərlə kommunikasiya;
- Onlayn satışda rəqəmsal həllərin tətbiqi, süni intellektin e-ticarət əməliyyatlarında rolu və istifadəsi sahəsində məlumatlılığın artırılması.
Müştəriyönümlü biznes strategiyasını qurmaq, rəqəmsal həllərdən istifadə edərək ixracı və səmərəliliyi artırmaq istəyən bütün şirkətləri 20 iyun 2023-cü il tarixində, saat 11.00-da onlayn formatda keçiriləcək Forumda iştirak etməyə dəvət edirik. Qeydiyyat artıq başlayıb. İştirak üçün təqdim olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz: https://training.ereforms.org/









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib