Rəqəmsal Ticarət Qovşağının konfransında ilk dəfə qeyri-rezidentlərə elektron imza veriləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İSESKO-nun birgə təşkilatçılığı ilə Bakıda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ilk dəfə olaraq qeyri-rezidentlərə elektron imza təqdim olunacaq. Oktyabr ayının 31-də artıq yeni formatda təqdim olunacaq Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransında iştirak edəcək xarici qonaqlarla aparılan danışıqlar yekunlaşıb.
Konfransın əsas spikerlərindən olan Avropa Elektron Kimlik və Təhlükəsizlik Assosiasiyasının sədri Jon Şamah bildirib ki, təmsil etdiyi qurum Azərbaycan Rəqəmsal Ticarət Qovşağı ilə sıx bağlıdır. Onun sözlərinə görə, artıq görüləcək işlərlə bağlı ilkin layihə də hazırdır: “Avropa İttifaqı (Aİ) 28 üzvü, 23 milyon kiçik və orta müəssisəni, 400 milyon istehlakçı bazarını təmsil edir. Aİ vahid rəqəmsal bazarda etibarlı əməliyyatlar üçün "bərabər sahə" təklif edən, bütün üzv dövlətlərə şamil edilən eIDAS Güvənlik xidmətləri qaydasını tətbiq edib. Bu sistem yalnız Aİ-ə üzv dövlətlər üçün hazırlanıb. Bu təşkilatın Horizon 2020 layihəsi olan, "FutureTrust" isə, eIDAS və Aİ xaricindəki digər güvən sxemləri arasındakı boşluğu birləşdirməyə kömək edir. FutureTrust Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının eIDAS və digər güvən sxemləri arasında qlobal səviyyədə qarşılıqlı razılıq əldə etmək üçün əlverişli platforma olduğunu hesab edir.”
Qeyd edək ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ABŞ, Tayland, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və s. olmaqla 20-dən artıq ölkədən 200-ə yaxın nümayəndə iştirak edəcək. Həmçinin “Azexport” portalının sıx əməkdaşlıq etdiyi “Alibaba”, “Amazon”, “e-bay” və digər beynəlxalq ticarət platformalarının nümayəndələri də müzakirələrə qatılacaq. Konfransda əsasən rəqəmsal iqtisadiyyatları birləşdirən sərhədsiz elektron ticarət platformaları haqqında danışılacaq. Eyni zamanda transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivləri müzakirə ediləcək.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf