Rəqəmsal Ticarət Qovşağı 20-dən artıq səfirlik və konsulluqlarda təqdim olunub
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Rəqəmsal Ticarət Qovşağı (RTQ) Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəlikəri və konsulluqları ilə ümumilikdə 20-dən artıq görüş keçirib. Təqdimatlar zamanı Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli xarici ticarət əməliyyatlarının genişləndirilməsi istiqamətində Prezident İlham Əliyevin Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı Fərmanına uyğun olaraq infrastrukturun tam qurulduğunu bildirib.
N.Əsədli diplomatik korpusla görüşlərdə RTQ-nin imkanlarından danışıb. Qeyd edib ki, Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi mobil və elektron rezidentlik proqramı, məsafədən şirkət qeydiyyatı və bank hesablarının açılması, virtual ofis və köməkçi, eləcə də transsərhəd xidmətlər Azərbaycanın tərəfdaş ölkələr ilə kağızsız və sərhədsiz ticarət aparması üçün unikal imkan təqdim edir.
Diplomatik nümayəndələr və konsullar tərəfindən təqdimatlar maraqla qarşılanıb. Əlavə olunub ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı transsərhəd kağızsız və sərhədsiz biznesin aparılması üzrə təqdim etdiyi imkanlara görə tərəfdaş ölkələr üçün çox cəlbedicidir. Dünyada ilk mobil rezidentlik və Estoniyadan sonra ikinci elektron rezidentlik verən ölkə olması, Azərbaycanın bu sahədə regionda və dünyada əhəmiyyətli dərəcədə öndə olmasının əyani sübutudur.
Nicat Əsədli həmçinin əlavə edib ki, Azərbaycan rəqəmsal layihələrin həyata keçirilməsi istiqamətində təcrübə mübadiləsinə daim hazırdır. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Türkiyə, İsveç, Niderland, Belçika, Latviya, Mərakeş, Xorvatiya, İsveçrə, Əfqanıstan və digər səfirliklərdə təqdim olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib