“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC), İslam İnkişaf Bankı (İİB) və Asiya İnkişaf Bankı İnstitutunun (ADBI) birgə keçirdiyi “Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda dəyirmi masada iştirak edib.
Görüşdə CAREC üzv ölkələrindən olan nümayəndələr rəqəmsal boşluqlar, bu sahədə investisiya imkanları və həyata keçiriləcək tədbirlərə dair müzakirələr aparıblar. Tədbirdə qeyd edilib ki, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması bu gün inkişaf etməkdə olan ölkələrdə əsas prioritetlərdən sayılır.
Sonda dəyirmi masada beynəlxalq ekspertlər bir araya gələrək CAREC İnstitutu və İslam İnkişaf Bankının birgə apardığı tədqiqatları təqdim ediblər. CAREC regionunda rəqəmsal boşluğun təhlili üzrə tədqiqatın ümumi nəticələrində rəqəmsal xarici birbaşa investisiyalar, rəqəmsal təhlükəsizlik, rəqəmsal qeyri-bərabərlik, əlçatanlıq, rəqəmsal ödənişlər və internet xərcləri mövzuları təhlil edilərək iştirakçıların diqqətinə çatdırılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib