Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası keçirilib
Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclasında Azərbaycanın “Qlobal İnnovasiya İndeksi 2026” hesabatında əldə etdiyi nəticələr və növbəti hədəflər müzakirə olunub.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti onlayn iclası keçirilib. İclasda İİTKM-in İnsan resursları üzrə meneceri Mətanət Rəsulova iştirak edib.
Əlaqələndirmə qrupunun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi, innovasiya infrastrukturunun inkişafı, institusional mühitin yaxşılaşdırılması və digər istiqamətlərdə görülən işlərin Azərbaycanın Qlobal İnnovasiya İndeksi üzrə mövqeyinin yaxşılaşmasına töhfə verdiyini bildirib. Eyni zamanda, Əlaqələndirmə qrupu tərəfindən qəbul edilmiş qərarların icrasının və aidiyyəti qurumlar arasında səmərəli əlaqələndirmənin də mühüm rol oynadığı qeyd edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev əldə olunan nəticələrin daha da yaxşılaşdırılması baxımından beynəlxalq sorğuların vaxtında və müəyyən edilmiş tələblərə uyğun cavablandırılmasının əhəmiyyətini qeyd edib.
İclasda hesabatın nəticələri, həmçinin növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub. Ölkənin indeks üzrə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlərin işçi qruplarının 2027-ci il üzrə fəaliyyət planlarına daxil edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Qlobal İnnovasiya İndeksi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən hər il dərc olunan və dünya iqtisadiyyatlarının innovasiya potensialını və nəticələrini qiymətləndirən nüfuzlu beynəlxalq reytinqdir. İndeks innovasiya resursları (institutlar, insan kapitalı və tədqiqat, infrastruktur, bazarın və biznesin inkişaf səviyyəsi) və innovasiya nəticələri (elmi-texnoloji və yaradıcı məhsullar) sub-indekslərini təşkil edən 7 blok üzrə qiymətləndirmə aparır. İndeksin 29 sentyabr 2026-cı il tarixində dərc olunmuş 19-cu nəşrində 139 iqtisadiyyat qiymətləndirilib.







Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır