"Qlobal İnnovasiya İndeksi - 2023" hesabatı qurumlarla müzakirə olunub
Qlobal İnnovasiya İndeksinin (Qİİ) 2023-cü il hesabatında indeksin aidiyyəti indikatorları üzrə Azərbaycanın mövqeyinə dair mövcud vəziyyətin müzakirəsi və alt-indikatorların daha da yaxşılaşdırılması məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Əmək bazarı”, "Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı”, “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər”, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” və digər işçi qrupların nümayəndələrinin birgə iştirakı ilə iclas keçirilib.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ədliyyə Nazirliyinin və Mərkəzi Bankın məsul olduğu alt-indikatorlar üzrə ölkənin 2023-cü ilin Hesabatında mövqeyi, əvvəlki illə müqayisəli təhlili, alt-indikatorların yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlər, eləcə də növbəti illərdə Qİİ üzrə ölkənin reytinqinin daha da yüksəlməsi üçün atılacaq addımlar müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda iclasda müzakirə edilən müvafiq alt-indikatorlar üzrə bir sıra tədbirlərin müvafiq İşçi qrupların 2024-cü ilin Fəaliyyət Planı layihəsinə də daxil edilməsi qərara alınıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib