"Qida Təhlükəsizliyi" dərsliyi layihəsinin ilkin müzakirəsi keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlığı ilə hazırlanan "Qida Təhlükəsizliyi" adlı dərslik layihəsinin ilkin versiyasının müzakirəsi üçün müəlliflərlə onlayn formatda görüş keçirilib. Görüşdə Mərkəz tərəfdən icraçı direktorun müavini Ramil Hüseyn, Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı və layihənin koordinatoru Günay Rəhimli iştirak ediblər.
İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn layihənin ümumi məqsədləri və əhəmiyyəti barədə məlumat verib. O, dərsliyin qida təhlükəsizliyi sahəsindəki bilikləri geniş auditoriyaya çatdırmaq, eyni zamanda, mütəxəssislərin təliminə töhfə vermək məqsədini daşıdığını vurğulayıb və layihənin uğurla həyata keçirilməsi üçün əməkdaşlığın vacibliyini qeyd edib.
Müəlliflər ilkin versiyalar haqqında məlumat verib, qarşılaşdıqları çətinlikləri təqdim edərək layihənin keyfiyyətinin artırılması və yekun versiyanın etibarlılığının təmin edilməsi üçün təkliflər irəli sürüblər.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da prosesə cəlb olunub və kitabın yazılmasına öz ekspertləri ilə töhfə verəcək.
Qida təhlükəsizliyi dərsliyinin məqsədi oxuculara bu sahədə nəzəri bilikləri praktiki nümunələrlə birləşdirərək təqdim etmək, eləcə də normativ çərçivələri, institusional yanaşmaları və texnoloji innovasiyaları əhatə etməkdir. Kitab xüsusən gənc mütəxəssislər və tədqiqatçılar üçün istiqamətverici bir vəsait olaraq nəzərdə tutulub.
Görüşdə qarşıya qoyulmuş məqsədlər təhlil edilib, layihənin təkmilləşdirilməsi istiqamətində atılacaq addımlar müəyyənləşdirilib. Həmçinin bu layihənin ölkənin qida təhlükəsizliyi sahəsinə əhəmiyyətli töhfə verəcəyi, etibarlı və istifadəyə yararlı fundamental bir mənbə olaraq akademik və praktiki sahələrdə geniş tətbiq olunacağı vurğulanıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib