“Qida Təhlükəsizliyi” dərsliyi layihəsi üzrə FAO ilə əməkdaşlıq məsələləri müzakirə edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlığı ilə hazırlanan “Qida Təhlükəsizliyi” adlı dərslik layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri ilə onlayn görüş keçirilib. Görüşdə FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin Qida Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə məsul əməkdaşı Meri Kenni, FAO ekspertləri Anna Vasilenko və Balaz Marias, FAO-nun Azərbaycan nümayəndəliyinin əməkdaşları Aynur Səidyusif və Beyrək Hacıyev, İİTKM tərəfdən icraçı direktorun müavini Ramil Hüseyn və baş məsləhətçi Günay Rəhimli, eləcə də kitabın müəllif heyətinin bir neçə üzvü iştirak ediblər.
Görüş zamanı İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn dərslik layihəsinin hazırlanma zərurəti, məqsədləri və strateji əhəmiyyəti barədə ətraflı məlumat verib. O, kitabın qida təhlükəsizliyi sahəsində mövcud boşluqlarının aradan qaldırılmasına, normativ-hüquqi çərçivənin, institusional yanaşmaların və müasir texnoloji həllərin sistemli şəkildə təqdim olunmasına xidmət etdiyini qeyd edib. Bildirilib ki, layihəyə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və digər aidiyyəti qurumlardan mütəxəssislər cəlb olunub. Ramil Hüseyn FAO-nun ekspert dəstəyinin layihənin keyfiyyətinə və beynəlxalq təcrübə ilə zənginləşdirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Görüş çərçivəsində kitabın məzmun strukturu, hədəf auditoriyası və ilkin konturları müzakirə olunub, FAO ekspertləri tərəfindən məzmunun daha da gücləndirilməsi istiqamətində rəy və təkliflər təqdim edilib. Həmçinin FAO ekspertlərinin kitabın ayrı-ayrı bölmələrinə rəy verməsi, müəllif heyəti üçün təlimlərin təşkili, eləcə də, təşkilatın mümkün dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər növbəti mərhələdə həyata keçiriləcək addımları razılaşdırıb və layihənin beynəlxalq standartlara uyğun şəkildə yekunlaşdırılması istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub. Vurğulanıb ki, FAO ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq dərslik ölkədə qida təhlükəsizliyi sahəsində fundamental və etibarlı mənbə kimi həm akademik, həm də praktiki səviyyədə geniş tətbiq imkanlarına malik olacaq.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib