Qeydiyyat prosesləri hüquq və konsaltinq şirkətləri ilə müzakirə edilib
“Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində onlayn görüş keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq və konsaltinq şirkətləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda keçirilən tədbirdə DVX-nin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə təqdimatla çıxış edərək ölkəmizdə biznesə başlama sahəsində mövcud vəziyyət, aparılmış islahatlar və əldə olunmuş nəticələr barədə məlumat verib.
Görüş iştirakçıları qeydiyyat sahəsində mövcud problemlər və təkmilləşmə imkanlarını müzakirə ediblər. “Ernst & Young Holdings (CIS) B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquq xidmətinin rəhbəri Məmməd Balacanov, “Dentons Europe (Central Asia) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquqşünası Aytən Namazova, “BHM Hüquq Şirkəti” MMC-nin Korporativ və Maliyyə Hüququ Departamentinin meneceri Təhminə İmanova, “Ekvita” şirkətinin hüquq meneceri Elnarə Qələndərova hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində rast gəlinən çətinliklər barədə danışıb, qeydiyyat sahəsində sahibkarların işinin asanlaşdırılması məqsədilə bir sıra təkliflər irəli sürüblər.
Leyla Hüseyn-zadə “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib, layihənin rebrendinq edilərək “Business Ready” layihəsinə çevrildiyini bildirib.
Qeyd edilib ki, “B-Ready” layihəsinin “Biznesə daxilolma” indikatoru üzrə Metodologiya sənədinə əsasən qiymətləndirmə əhalinin sayına görə ölkənin ən böyük şəhərində (Bakıda) aparılacaq və məhdud məsuliyyətli cəmiyyətlər hədəf kimi götürüləcək. “Doing Business” hesabatından fərqli olaraq, “Biznesə daxilolma” indikatoru daha geniş sahəni əhatə etməklə, beynəlxalq aspektləri, yerli şirkətlərlə yanaşı, xarici özəl şirkətlərin ölkə daxilində qeydiyyatdan keçirilməsinin, eləcə də “start-up”lar üçün rəqəmsal dövlət xidmətlərinin mövcudluğunun və məlumatların şəffaflığının, benefisiar mülkiyyətçi barədə məlumat bazasının mövcudluğunun qiymətləndiriləcəyi bildirilib. Hazırda Yol Xəritəsinin reallaşdırılması üzrə işçi qrup bir sıra yeni layihələr üzərində çalışır və yaxın bir neçə ayda bunun praktiki nəticələrini görmək mümkün olacaq.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, görüş iştirakçılarının sualları cavablandırılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib