Qənirə Paşayevanın könüllülərlə görüşü keçirilib
Qənirə Paşayevanın könüllülərlə görüşü keçirilib
- Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın könüllülərlə “Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu” mövzusunda görüşü keçirilib. Onlayn formatda keçirilən görüşdə Qənirə Paşayeva əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mədəni sahəsində həyata keçirilən islahatlar, beynəlxalq səviyyəli qərarlar barədə könüllülərə məlumatlar verib. O, könüllü təşkilatlarının, eləcə də gənclərin ölkəmizin mədəniyyətinin təbliğindəki böyük rolundan danışıb. Bildirib ki, Azərbaycanın artıq bütün dünyada tanınan özünəməxsus mədəni dəyərləri və meyarları mövcuddur. Məhz bu səbəbdən gənclər öz innovativ fəaliyyətləri ilə mədəni irsimizi qorumaq və inkişaf etdirmək üçün ilk öncə tarixini gözəl bilməlidir.
Q.Paşayeva Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi Sərəncamı haqqında da danışıb. Qeyd edib ki, Dahi Nizaminin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilən parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlayır. Azərbaycan gəncləri də Nizami ideyalarını yaşadaraq, ölkəmizin iqtisadi, sosial, təhsil eləcə də digər sahələrindəki inkişafına öz töhfələrini verməlidirlər.
İslahat Könüllüləri, ASAN Könüllüləri, Aqrar İnkişaf Könüllüləri, DOST könüllüləri, Könüllü gömrükçülər, BİR Könüllüləri və digər təşkilatların könüllüləri olmaqla, 100-dən artıq könüllünün iştirak etdiyi tədbirdə gənclər komitə sədri ilə mövzu ilə bağlı fikirlərini bölüşüb, ona suallar ünvanlayıblar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib