Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına aid nəşr iki dildə çapdan çıxıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları” mövzusunda iki dildə - Azərbaycan və ingilis dillərində nəşr hazırlanıb. Nəşrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisi, əhalisi və əhalinin tərkibi xəritələrlə verilib. Eyni zamanda nəqliyyat infrastrukturu - əsas avtomagistral yolları, mövcud və layihələndirmə-bərpa mərhələsində olan dəmiryol xətləri və hava limanları sxematik şəkildə göstərilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mineral resurslar və dağ-mədən sənayesi imkanları təsvir edilib. Ərazinin turizm xəritəsi həm mədəni, həm də ekoturizmi əhatə edir.
Nəşrdə Şərqi Zəngəzurda əkin sahələrinin proqnozlaşdırılan strukturu təqdim olunub və göstərilib ki, ərazidə taxıl, tütün, kartof, bostan-tərəvəz, meyvə, giləmeyvə, üzüm və yem bitkilərinin istehsalı üçün imkanlar var. Eyni zamanda çoxillik əkmələrin strukturu və bitkiçilik məhsullarının istehsalı hər bir rayon üzrə ayrıca təqdim olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları” mövzusunda nəşr həm yerli, həm də beynəlxalq ictimaiyyətin məlumatlandırılması, xüsusən də xarici investorların Qarabağ və Şərqi Zəngəzura cəlb edilməsi baxımından əhəmiyyətlidir. “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları” mövzusunda nəşrin Azərbaycan variantı ilə bu linkdə https://bit.ly/3m40khe, ingilis variantı ilə isə bu linkdə https://bit.ly/3AQ2erQ tanış olmaq mümkündür.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib