Professor Vüsal Qasımlı Dövlət İdarəçilik Akademiyasında Zəfər Günü ilə əlaqədar elmi-praktik konfransda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “İkinci Qarabağ müharibəsi: hərbi–diplomatik uğurlar” adlı elmi konfransda məruzə edib.
V. Qasımlı “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post–konflikt quruculuğu modeli” mövzusunda çıxış edib və “Yeni Qarabağnamə” kitabını təqdim edib.
Elmi-praktik konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları”, Milli Məclisin deputatı, DİA-nın “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti Aydın Mirzəzadə “Tarixi Qələbənin siyasi – ideoloji əsasları”, Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər kafedrasının professoru “Qarabağ Araşdırmalar Mərkəzi”nin rəhbəri professor Elçin Əhmədov “44 günlük müharibə zamanı tarixi atributlarımızın bərpa olunmasının milli–mənəvi və siyasi–tarixi tərəfləri” mövzularında çıxışlar ediblər.
DİA-da Şuşa dövlət rəsm qalereyasının “Şüşanın mədəni irsi” adlı rəsm əsərlərinin sərgisi nümayiş etdirilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib