Pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələrinə təlim keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ( İİTKM) pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələrinə Azexport.az internet portalından istifadə barədə təlim keçirilib.
Qeyd edək ki, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsi üzrə tədbirlər planlarında Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri ilə birgə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin də qarşısına pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda (Azexport.az) yerləşdirilməsi məsələsi qoyulub. Bu 3 proqramın icrasını təmin etmək məqsədi ilə keçirilən tədbirdə 30-a yaxın yerli şirkətin nümayəndəsi iştirak edib və onlara Azexport.az internet portalı barədə ətraflı məlumat verilib. Azexport.az internet portalının meneceri Ayxan Qədəşov təlimdə təqdimatla çıxış edib və şirkət nümayəndələrinə məhsulları portala yerləşdirilməsi qaydasını izah edib.
İİTKM –in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Dr. Ramil Hüseyn, Azexport.az internet portalının rəhbəri Dr. Zaur Qardaşov şirkət nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
Təlimdən sonra pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır