Pakistanın “MUSLIM Institutunun” sədri İİTKM-də olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Pakistanın “MUSLIM Institutunun” Azərbaycanda səfərdə olan sədri Sultan Ahmed Əlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə İİTKM-in departament rəhbərləri Vüsalə Cəfərova və Rəşad Hüseynov Pakistanın beyin mərkəzləri ilə regional ticarət, daşımalar və enerji sahəsində qurulan faydalı əməkdaşlıq, eləcə də ölkədə aparılan iqtisadi islahatlar barədə məlumatlar veriblər. Həmçinin, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Cənubi Qafqaz bölgəsindəki yeni əməkdaşlıq imkanları və bərpa ediləcək Zəngəzur nəqliyyat dəhlizinin regional ticarət və tranzit marşrutlarına təsiri haqqında danışılıb. Bildirilib ki, Azərbaycan ilə Pakistan da daxil olmaqla “Şərq-Qərb” nəqliyyat dəhlizi ölkələri arasında ticarət dövriyyəsinin artmasına kömək edəcək əməkdaşlıq əlaqələrinin qurulması böyük əhəmiyyətə malikdir.
“MUSLIM Institutunun” sədri Sultan Ahmed Əli isə əlavə edib ki, rəhbərlik etdiyi qurum müsəlman dünyasında sülh və sabitliyin təşviqinə həsr olunan tədqiqat institutu olaraq, iqtisadi, təhlükəsizlik, siyasi, sosial, sağlamlıq və enerji problemlərini araşdırmaq üçün tədqiqatçıları, siyasətçiləri və ziyalıları bir araya gətirir. O bildirib ki, “MUSLIM Institutu” dünyanın üzləşdiyi müasir problemlərin dinamikasını vurğulamaq üçün çoxsaylı təşəbbüslər həyata keçirir, bu problemlərin səbəblərini və nəticələrini araşdırır, eyni zamanda həll yolları tövsiyə edir.
Müzakirələrin yekununda qonaqlara İİTKM-in fəaliyyəti barədə materiallar tədqdim olunub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib