Nobel laureatı Azərbaycanda iqtisadi islahatları müsbət qiymətləndirdi
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edvard Preskott İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olmuşdur. İİTKM-in İçraçı direktoru Dr.Vüsal Qasımlı Nobel mükafatçısına Azərbaycan iqtisadiyyatının mövcud durumu və inkişaf perspektivləri, aparılan islahatar və Milli iqtisadiyyatın strateji yol xəritəsi barədə məlumat vermişdir. Cənab Preskott Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirərək ölkənin müstəqil siyasət yürütməsinə önəm verdiyini qeyd etmişdir. Sonra müzakirələr Azərbaycan iqtisadiyyatı ilə yanaşı, başlıca qlobal iqtisadi trendlər, həmçinin ABŞ, Aİ və Yaponiya iqtisadiyyatlarında baş verən proseslər istiqamətində davam olunmuşdur. Görüşdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru prof. Nazim İmanov da iştirak etmişdir.
Yekunda Preskott Azərbaycan iqtisadçıları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.
Qeyd edək ki, Edvard Preskott Finn Kidləndlə birlikdə dinamik makroiqtisadiyyat sahəsində apardığı tədqiqatlara görə 2004-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatı almışdır.






Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar