Oktyabrın 10-da Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 -ci illər üçün Dövlət Proqramı” ilə bağlı iclas keçirilib. Dövlət Proqramında nəzərdə tutulmuş işlər üzrə əsas icraçı orqanların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin iştirak etdiyi iclasda Proqramın icra vəziyyətinə dair məsələlər müzakirə edilib.
Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 -ci illər üçün Dövlət Proqramı”-nda müəyyən edilmiş 11 prioritet üzrə genişmiqyaslı tədbirlərin görülməsi nəzərdə tutulur. Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq olunmuş sözügedən Dövlət Proqramının 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında biznes mühiti, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, energetika, infrastruktur, insan kapitalı və sosial sektorun inkişafı, institusional və ətraf mühit sahələrində 315 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunub ki, Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişinə əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçirilir. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsinin aparılmasının təmin edilməsi məqsədi ilə monitorinq və hesabatlıq portalı ,o cümlədən, “Metodoloji çərçivə” hazırlanıb.
Sonra İİTKM-in icraçı direktoru Vüsal Qasımlı monitorinq və hesabatlıq portalını təqdim edib, monitorinq və qiymətləndirilmənin aparılması qaydaları haqqında məlumat verib. Qeyd edib ki, aidiyyəti qurumlar tərəfindən portalda yerləşdirilən məlumatlar əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən monitorinq və qiymətləndirmələr aparılaraq nəticələri Nazirlər Kabinetinə təqdim olunacaqdır.
Daha sonra iclasda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə görülən işlərin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib