Nazirlər Kabinetində Böyük Qayıdışa dair I Dövlət Proqramının icra məsələlərinə həsr olunmuş iclas keçirilib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə nəzarət tədbirlərinin nəticələri haqqında iclas keçirilib. İclasda Dövlət Proqramının icrasına məsul olan aidiyyəti dövlət qurumlarının rəhbərləri və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iştirak ediblər.
İclasda Dövlət Proqramında nəzərdə tutulmuş müvafiq tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin birbaşa operativ və effektiv təmini məqsədilə yaradılmış çoxfunksional interaktiv (onlayn rejimdə kamera və peyk xəritələri) Elektron Portalın təqdimatı (boyukqayidish.gov.az) keçirilib, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2023-cü ilin birinci yarımilliyi üzrə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində aparılmış monitorinq və qiymətləndirmənin nəticələri barədə hazırlanmış Hesabatla çıxış edib.
Daha sonra iclasda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri tərəfindən görülən işlər barədə məlumat verilib və Hesabatla bağlı ətraflı müzakirələr aparılıb.
Müzakirələr zamanı Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı müşahidə olunan əsas çətinliklər və növbəti müddətdə diqqət yetirilməli istiqamətlər vurğulanıb.
İclasın yekununda sözügedən Dövlət Proqramının icrası istiqamətində aparılmış monitorinq və qiymətləndirmənin nəticələri barədə hazırlanmış Hesabatın Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi, habelə Dövlət Proqramının növbəti icra mərhələsində işlərin operativ, vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, həmçinin layihələrin icrası prosesində qarşıya çıxan çətinliklərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunub. Sərəncama əsasən, Dövlət Proqramının icrasına nəzarətin və hesabatlılığın həyata keçirilməsi və tədbirlərin icra vəziyyəti barədə ildə 2 dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır